Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zamin ləqəbli qəhrəman - Füzuli Rüstəmov

0


  • Tərtərdən Xocalıya
    Füzuli Saleh oğlu Rüstəmov 1965-ci il dekabr ayının 25-də Tərtərin Hüsənli kəndində dünaya göz açıb. Sonradan taleyi onu Xocalıya gətirib. Hər iki valideyinin vaxtsız itirən Füzuli bacısı Fiqurə ilə birlikdə babası Kərim kişinin himayəsi altında böyüyür, məktəbə gedir. Müxtəlif səbəblərdən tam orta təhsil ala bilmir. Səkkizillik təhsillə Sovxozda əmək fəaliyyətinə başlayan Füzuli az vaxtda kollektivin hörmətini qazanır.
                                   Ən qaynar nöqtələrə
               Elimizin-obamızın başı üstünü qara buludlar alanda Füzuli dinc dayana bilmədi. İlk gənclik illəri qanlı-qadalı müharibəyə təsadüf edən gənc çox ciddi cəhdlə Xocalı Özünümüdafiə batalyonuna yazıldı. Doğma torpaqları  hansı tərəfdən təhlükə  gözləyirdisə, Füzuli dərhal həmin nöqtəyə atılrdı. Qəlbi qisas almaq istəyi ilə dolu olan gənc vətənpərvər döyüşçü ermənilərin  daha çox toplaşdığı və təhlükə mənbəyinə çevrilmiş “86” adı ilə tanınan Erməni postunu dağıtmağa nail olur. Hətta bu əməlinə görə dörd ay həbs cəzası da alır.
    Blokada şəraitində yaşayan Xocalıya heç yerdən silah, güllə gətirmək mümkün olmadığından vəziyyət dah da pisləşir, təhlükə dah da yaxınlaşırdı. Belə anlarda Füzuli gecə at belində meşə yolu ilə  Ağdama keçərək xeyli silah gətirir. Həmin vaxtlarda Xocalı aeraportunu partlatmaq zərurəti yaranmışdı. Füzuli də təkidlə həmin əməliyyatda iştirak etmək istəyini bildirir və olduqca böyük məsuliyyət tələb edən əməliyyat çox böyük uğurla həyata keçilir.

    Xocalı yanırdı                             
    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər müxtəlif istiqamətlərdən ən müasir texnika və silah1lardan istifadə edərək Xocalıya od vurdular. Şəhər od tutub yanırdı. O qarlı, şaxtalı qış gecəsində xocalılar çöllərə səpələnmişdi. Onları bu bəladan qurtarmaq üçün özünü odun içinə atan gənc döyüşçünün sayıqlığı nəticəsində çoxlu sayda Xocalı sakini Ağdama keçə bildi. Füzuli bildirdi ki, arxada qalanlar da var və onları da xilas etmək lazımdı. Odur ki, o, eyni hərəkətini bir neçə dəfə təkrarlamalı oldu. Növbəti cəhtində isə...
                                                        Füzulini vurdular.
    Dinc sakinləri qorumaq üçün sinəsini sipər edən Füzuli Rüstəmov bu dəfə düşmən gülləsinə tuş gəldi. Ağır yaralanan igid döyüşçü xəstaxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmadı.
    Tərtərin  Hüsənli kəndindən Xocalıya köçən məsum bir uşaq 26 yaşında yenidən doğulduğu kəndə aparılır. Bu dəfə dəfn olunmağa.
            Füzuli Saleh oğlu Rüstəmova Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. İndi bu ad, bu ünvan təkcə xocalıların və tərtərlilərin deyil, bütün Azərbaycan xalqının and yeri, iman mənbəyidir.


    Maqsud Ülvi

    Araşdırmaçı jurnalist




    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib46 dəfə
    Zamin ləqəbli qəhrəman Füzuli Rüstəmov

    Maraqlı gələ bilər
    47